AZAL “altılıq”da
20.02.2011 - 16:54
Azərbaycan Premyer Liqasının 2010/11 mövsümünün final mərhələsində ilk “altılıq”da mübarizə aparacaq daha bir komandanın adı məlum olub. Apasport.az saytının məlumatına görə, Bakının AZAL klubu nəinki son turun, hətta bu gün keçiriləcək “Xəzər Lənkəran”la matçın nəticəsindən asılı olmayaraq ilk “altılıq”da yerini təmin edib.
“Təyyarəçilər”in ən yaxşı 6 komanda sırasında yer alması isə “Muğan” – “Qəbələ” görüşündə rəsmiləşib. Qonaqların xal itkisi (0:1) onlar üçün bakılıları əlçatmaz edib. Belə ki, 35 xala malik Nazim Süleymanovun yetirmələri 7-ci yerdə olan “Qəbələ”dən 5 xal uzaqlaşıb.
Qeyd edək ki, bunadək “Neftçi”, “Xəzər Lənkəran”, “Qarabağ” və “İnter” də ilk “altılığ”a vəsiqəni təmin etmişdi. Sonuncu vəsiqəyə isə “Bakı” və “Qəbələ” iddia edir.

0
0