“Nə “Bakı”, nə də “Neftçi” bizə belə problem yaratmışdı”
20.02.2011 - 20:47
"Qələbə qazandığımıza görə sevinirəm. Çünki, qarşımızda yaxşı təşkilatlanmış komanda var idi. Yaxşı komanda yaratdığına görə rəqib komandanın baş məşqçisini təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Xəzər Lənkəran" klubunun baş məşqçisi Mirça Rednik deyib.
Rumıniyalı mütəxəssis Azərbaycan Premyer Liqasının XXI turunun AZAL-la oyunu haqda fikirlərini açıqlayıb: "AZAL-ın 5-6 oyununu izləmişəm, xüsusilə də son oyununu. Heyətimizə yaxşı oyunçular dəvət etmişik, hələ ki, oyunumuzu tam tutmamışıq. Təbii ki, qələbəyə görə çox sevinirəm, lakin xətlərarası problemimiz var. Əsas məsələ "Neftçi"dən aralanmamaq idi, bunun öhdəsindən gəldik”.
Rednik AZAL-ı “Neftçi” və “Bakı” ilə müqayisədə daha çətin rəqib sayır: “Heyətimizdə belə səviyyəli oyunçuların olması yaxşıdır, bizi irəlidə daha ağır oyunlar gözləyir, bu futbolçulara ehtiyacımız olacaq. Azarkeşlərə stadionda möhtəşəm ab-hava yaratdıqlarına görə təşəkkür edirəm, onların dəstəyi ilə komandamız daha da irəli getməyə çalışacaq. Bu gün AZAL bizə çox problemlər yaratdı, nə "Bakı", nə də "Neftçi" bizə belə problemlər yaratmamışdı".
Mənbə: pfl.az

0
0