Nazim Süleymanov: Demək olar ki, bəxtimiz gətirmədi
20.02.2011 - 20:53
"Xəzər Lənkəran"ı qələbə münasibəti ilə təbrik edirəm. Oyun çox maraqlı keçdi, həqiqətən də Lənkəranda futbol ab-havası var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının AZAL klubunun baş məşqçisi Nazim Süleymanov deyib.
O, Azərbaycan Premyer Liqasının XXI turunun “Xəzər Lənkəran”la oyununda 1:2 hesabı ilə məğlub olmalarına baxmayaraq futbolçularından razı qalıb: “Həm stadion, həm də azarkeşlər çox gözəl idi. Hərçənd ki, nəticə məni qane etmədi. Bizim qarşımıza qoyulan birinci məqsəd "ilk altılığ"a düşmək idi. İkinci məqsəd isə Avroliqaya vəsiqə qazanmaq idi. Bu oyunla mən uşaqları təbrik etmək istəyirəm, məğlub olduğumuza baxmayaraq, çox yaxşı mübarizə apardıq. Bu oyunda, demək olar ki, bəxtimiz gətirmədi. "Xəzər Lənkəran"a uğurlar arzulayıram".
Mənbə: pfl.az

0
0