Ölkə çempionatlarında görünməmiş hadisə
21.02.2011 - 09:55
Ölkə çempionatlarında görünməmiş hadisə
İspaniyanın “Deportivo” klubunun qapıçısı Dani Aransubia ölkə çempionatının son turunun qəhrəmanı olub. Apasport.az saytının məlumatına görə, təcrübəli əlcək sahibi “Almeriya” ilə oyunda komandasının xilaskarına çevrilib. O, matçın 90+5-ci dəqiqəsində rəqibin cərimə meydanına qədər irəliləyərək bərabərlik qolunun müəllifi kimi tarixə düşüb – 1:1. Düzdür, qapıçıların qol vurmasına əvvəllər də təsadüf olunib. Lakin Aransubia İspaniya çempionatları tarixində ilk qolkiper olub ki, qolu başla vurub. Ona qədər heç bir qapıçı başla rəqib qapısına yol tapmamışdı.