Paytaxt klubunun baş məşqçisi istefa verdi
21.02.2011 - 10:16
İtaliyanın “Roma” klubunun baş məşqçisi Klaudio Ranyeri istefa verib. Apasport.az saytının məlumatına görə, 59 yaşlı italyan mütəxəssis paytaxt təmsilçisinin A seriyasının ötən turunda “Cenoa”ya 3:4 hesabı ilə uduzduğu oyundan sonra postundan getməyə qərar verib. Maraqlıdır ki, “Roma” həmin oyunda hesabda 3:0 irəlidə olduğu halda, sonradan 4 qol buraxaraq uduzub – 3:4.
Ranyeri qərarını belə izah edib: “Mən həmişə “Roma” üçün ən yaxşı nə olduğunu fikirləşmişəm. Final fitindən sonra paltardəyişmə otağına girərək, komandaya minnətdarlıq etdim və istefa verdim”. Ancaq “Roma” rəhbərliyi hələ bununla bağlı yekun qərar çıxarmayıblar. Onlar fikirləşmək üçün vaxt istəyib, tezliklə son qərarı müəyyənləşdirməlidirlər.
Qeyd edək ki, Ranyeri 2009-cu ilin sentyabrın 2-də “Roma”ya baş məşqçi təyin edilərək, 2 illik müqavilə bağlamışdı. Komanda ötən mövsüm yekununa görə 2-ci olaraq, çempionluq uğrunda mübarizədə “İnter”ə uduzdu. “Roma” rəqibinə ölkə kubokunun finalında da yenildi. Cari mövsümdə uğursuz çıxış edən romalılar Çempionlar Liqasının 1/8 finalında Ukraynanın “Şaxtyor” klubuna evdə 2:3 hesabı ilə uduzduqdan sonra Ranyerinin “kreslosu laxladı”. Halbuki rəhbərlik təcrübəli mütəxəssisə ötən ilin iyununda müqaviləni ildə 2 milyon avro məvacib qarşılığında 2013-cü ilə kimi uzatmağı təklif edib.

0
0