“Gəncə”nin dərdi var...
21.02.2011 - 12:20
“Gəncə”nin dərdi var...
“Gəncə” “uğursuzluq zolağı”na düşüb. Apasport.az saytının məlumatına görə, Fuad İsmayılovun yetirmələri ardıcıl 5 oyundur qol vura bilmir.

Cari mövsümdən Premyer Liqaya qayıdan gəncəlilər sonuncu dəfə ötən il dekabrın 5-də qol sevinci yaşayıb. Həmin gün XVI turun “Muğan”la oyununda “Gəncə” 3:0 hesabı ilə qalib gəlmişdi.

Junivan Suaresin 55-ci dəqiqədə vurduğu top həm böyük hesablı qələbəni rəsmiləşdirdi, həm də sonuncu oldu. Həmin topdan sonra 485 dəqiqə meydanda olan “Gəncə” 78 gündür rəqib qapısına yol tapa bilmir.

Qeyd edək ki, “Gəncə” növbəti turda “altılıq” uğrunda mübarizə aparan “Qəbələ”nin qonağı olacaq.
0