Sissi Rayt komandamızı Türkiyəyə aparır
21.02.2011 - 12:44
Sissi Rayt komandamızı Türkiyəyə aparır
17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Türkiyəyə gedəcək. Apasport.az saytının məlumatına görə, Sissi Raytın yetirmələri fevralın 22-dən martın 6-dək Antalyada təlim-məşq toplanışı keçirəcək.

Yığmamızın hazırlıqlarında 20 futbolçu - Günay İsmayılova, Mədinə Xələfova, Əminə Heydərova, Gülsüm Cəfərova, Aytən Şabanova, Nərgiz Ömərova, Jalə Məmmədova, Jalə Məhsimova, Kamilla Məmmədova, Nigar Cəlilli, Humay Nəzərova, Şəfəq Nəsirova, Sevinc Babayeva, Sevinc Qurbanova, Leyla Aşurova, Suqra Xəlilova, Ləman Bağırova, Aliyə Vəliyeva, Olya Şioşvili və Aysun Əliyeva iştirak edəcək.

Mənbə: affa.az