Mahmud Qurbanov: Bu qədər əziyyət çəkmişik
21.02.2011 - 13:01
Mahmud Qurbanov: Bu qədər əziyyət çəkmişik
“Turan” yaxşı komandadır. Oyunda baş məşqçi Naci Şensoyun işi hiss olunurdu”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun yarımmüdafiəçisi Mahmud Qurbanov deyib.

Hesabat turunda “Turan”la qarşılaşmada qələbə (1:0) qazanan “Bakı” “Qəbələ”nin məğlubiyyətindən maksimum faydalanıb. Belə ki, paytaxt təmsilçisi aktivinə 3 xal yazdırmaqla, altıncı pilləyə yüksəlib.

Ancaq “Turan”la matçdan öncə paytaxt təmsilçisinin asan qələbə qazanacağı barədə müxtəlif fikirlər dolaşırdı. Təcrübəli futbolçu bunu təkzib edib: “Yalan sözdür. Ağır oyun oldu. “Turan”ın da qol vurmaq üçün imkanları oldu. Biz də fərqi artıra bilərdik. Qələbə çox çətin qazanıldı”.

Qurbanov əsas mərhələnin sonuncuna 1 tur qalmış ilk “altılıq”dakı yerlərini itirməyəcəklərini də vurğulayıb: “Düzdür, altıncı pillədəyik. Ancaq hələ təhlükəli zonadayıq. Buna baxmayaraq, sona bir tur qalmış şansımızı əldən verməyəcəyik. Bu qədər əziyyət çəkmişik”.