“Mən “altılıq”da “Bakı”nı görürəm”
21.02.2011 - 13:13
“Muğan”ın bu il uğurlu startı mənim üçün gözlənilməz olmadı. Çünki bu komanda iddialılarla oyunda öz sözünü deyə bilir”. Bu sözləri apasport.az saytına açıqlamasında Salyanın “Muğan” klubunun sabiq kapitanı Elnur Abdullayev deyib.
“Muğan”ın liderlərindən olan 25 yaşlı yarımmüdafiəçi qış fasiləsində “Xəzər Lənkəran”a transfer oldu. Keçmiş komandasının qış fasiləsindən sonra uğurlu çıxışına sevinən Abdullayev “Bakı” (1:1) və “Qəbələ” (1:0) görüşlərdə qazanılan 4 xalı gözlənilməz saymır: “Muğan” mübariz komandadır və güclülərə qarşı həmişə yaxşı oynayıb. Bu komandanı Salyanda məğlub etmək asan deyil. “Bakı”nı evdə 1:0 hesabı ilə yenmişdik. Kubokda səfər görüşündə 1:1 hesabı ilə oynadıq və yalnız penaltilər seriyasında uduzduq. “Muğan” “Bakı”ya qarşı yenə yaxşı oynayaraq, uduzmayıb. “Qəbələ”ni Salyanda qəbul etməsələr də, bu dəfə də qalib gəlib. Bir sözlə, böyük komandalara qarşı həmişə yaxşı oynamışıq. “Muğan” çox yaxşı komanda olduğundan, ondan hər şey gözləyirəm. Mən “Muğan”ı həmişə dəstəkləyəcəyəm və ona uğurlar arzulayıram”.
Abdullayevin indiki komandası “altılıq”da sonuncu rəqibini gözləyir: “Yəqin ki, “Bakı” olacaq. O, “Qəbələ”ni 2 xal qabaqlayır ki, bu da böyük üstünlükdür. Mən “altılıq”da “Bakı”nı görürəm”.
Qeyd edək ki, Elnur uzun illər oynadığı “Bakı”nın heyətində çempionluq və ölkə kubokunu qazanıb.
Mehman SÜLEYMANOV

0
0