“Xəzər Lənkəran” 300-cü qolunu vurdu
21.02.2011 - 15:01
“Xəzər Lənkəran” 300-cü qolunu vurdu
“Xəzər Lənkəran” klubu üçün Azərbaycan Premyer Liqasının XXI turunun AZAL-la ev oyununda (2:1) vurduğu ilk qol əlamətdar olub. Apasport.az saytının məlumatına görə, komandanın 7-ci mövsümdür oynadığı ölkə çempionatlarında yubiley – 300-cü qolu vurulub. Bu yubiley topunu rəqib qapısından 45+2-ci dəqiqədə yeni transfer Elnur Abdullayev keçirib. Elnur eyni zamanda “Xəzər Lənkəran”ın bu ilk rəsmi qolunun müəllifi kimi tarixə düşdü.

2004/05 mövsümündə milli çempionatımızda debüt edən “Xəzər Lənkəran” bu matçadək 299 dəfə fərqlənmişdi. AZAL-dan əvvəli turda “Neftçi” ilə derbi oyunda yubileyi təxirə salan lənkəranlılar tarixi qolu doğma azarkeşlərin gözü qarşısında vurdu. Cənub təmsilçisi çempionatdakı yubiley qollarını səfərdə vurmağa adət etsə də 2-ci dəfə tarixi qol Lənkəranda qeydə alındı.

“Xəzər Lənkəran”ın çempionatdakı yubiley qolları
1. 07.08.2004. “Turan” – “Xəzər Lənkəran” – 1:1 Çöri İlir, 26
50. 03.05.2005. “Xəzər Lənkəran” – “Ədliyyə” – 6:1 Martin Stankov, 36
100. 29.09.2006. “Gənclərbirqliyi” – Xəzər Lənkəran“ – 0:3 İlqar Qurbanov, 8
150. 02.09.2007. ABN – “Xəzər Lənkəran” – 0:4 Zaur Ramazanov, 14-p.
200. 26.09.2008. MOİK - “Xəzər Lənkəran” – 0:4 İvan Svetkov, 34-p.
250. 29.11.2009. “Bakı” - “Xəzər Lənkəran” – 0:3 İvan Svetkov, 57-p.
300. 20.02.2010. “Xəzər Lənkəran” – AZAL – 2:1 Elnur Abdullayev, 45+2

Qeyd edək ki, texniki qələbə üçün verilən 3:0 hesablı nəticə top sayında nəzərə alınmır.

Mənbə: lankaranfc.com