“Deportivo”nun vitse-prezidenti güllələndi
21.02.2011 - 15:19
“Deportivo”nun vitse-prezidenti güllələndi
Qvatemalanın “Deportivo” klubunun vitse-prezidenti Karlos Noa Qomes güllələnib. Apasport.az saytının məlumatına görə, klub rəsmisi naməlum şəxslər tərəfindən atəşə tutulub.

Qvatemala polisi Qomesin klub rəhbərliyi ilə görüşdən çıxarkən öldürüldüyünü bildirib. O, son vaxtlar hədə-qorxu ilə dolu anonim məktublar alırmış.

Hazırda ölkə çempionatının sonuncu pilləsində qərarlaşan “Deportivo”dakı bu hadisə Qvatemala futbolunda ilk deyil. Ötən ilin noyabrında aşağı dəstədə oynayan futbolçu Karlos Vaskes Mersedesin cəsədi 5 hissəyə parçalanaraq, ayrı-ayrı paketlərdə tapılmışdı.