“Azərbaycan yığması haqda vaxtı gələndə fikirləşərəm”
22.02.2011 - 00:04
“İndi milli komandaya çağırılacağım haqda heç düşünmürəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının futbolçusu Branimir Subaşiç deyib.
2007-ci ilin əvvəlində milliləşdirilərək, yığmamıza cəlb olunan 29 yaşlı serbiyalı hücumçu Berti Foqtsun vaxtında da çağırılsa da, sonradan heyətdən kənarda qaldı.
Sonuncu dəfə 2008-ci ilin iyunun 9-da İspaniyaya Bakıda 0:6 hesabı ilə uduzduğumuz yoldaşlıq görüşündə millimizin formasını geyinən Subaşiçin indi klub karyerasında işləri yaxşı getmir. Ötən yay ölkəmizə qayıdaraq, 3 il oynadığı “Neftçi”dən sonra “Qəbələ”ni seçən hücumçu 10 oyunda 2 qol vurub. Branimirin klubunun “altılıq”dan kənarda qalması onun yığmaya çağırılması ehtimalını daha da azaldır. Hər halda, baş məşqçi Berti Foqts daha çox medallar uğrunda mübarizə aparan komandaların oyunçularına dəvət göndərir.
Maraqlıdır, bütün bunlar Subaşiçin millimizin martın 29-da Belçika yığması ilə səfərdəki rəsmi oyun öncəsi bədbinləşdirmir? Branimirin sözlərinə görə, indi yığmadan daha çox klub karyerası onu maraqlandırır: “Mən “Qəbələ”də tək futbolçu deyiləm. Meydana 11 nəfər çıxırıq, 7-si də ehtiyatda olur. Uğursuzluğun günahı yalnız məndə deyil. Məni ötən ilin sonunda 2 dəfə milliyə çağırdılar. Ancaq hər ikisində zədə üzündən gələ bilmədim. Əlbəttə, 3-cü dəfə lazım olan futbolçuları yığaraq, Dubaya hazırlığa apardılar. Yəqin ki, bunlar əsasən sınamağı lazım bildikləri futbolçulardır. Milli komanda haqda vaxtı gələndə fikirləşərəm”.
Qeyd edək ki, Subaşiç millimizdə 26 oyunda 6 qol vurub.
Mehman SÜLEYMANOV

0
0