Çempionlar Liqası: Finalçılar üz-üzə
21.02.2011 - 15:55
Çempionlar Liqası: Finalçılar üz-üzə
Sabah və birigün UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin daha 4 görüşü keçiriləcək. Apasport.az saytının məlumatına görə, ötən həftə başlayan mübarizəyə bu qarşılaşmalarla yekun vurulacaq.

Əsas oyun İtaliyanın Milan şəhərində baş tutacaq. Ötən mövsüm ÇL-in finalında oynayan “İnter”lə “Bavariya” bu dəfə daha erkən görüşəcəklər.

“Bavariya”nın Joze Mourinyonun baş məşqçi postundan gedişindən sonra zəifləyən “İnter”dən finaldakı məğlubiyyətin (0:2) əvəzini çıxmaq üçün yaxşı imkanı var.
1/8 finalın püşkündə ən çox “Çelsi”nin bəxtinin gətirdiyini demək olar. Hər halda, London klubunu bu mərhələnin debütantı olan “Kopenhagen”lə elə də çətin olmayan sınaq gözləyir. Ancaq digər tərəfdən, “Çelsi”nin son vaxtlar inamsız təsir bağışlamağı danimarkalıların xeyrinədir.

“Mançester Yunayted”in “Marsel”lə dueldə aşkar favorit olması şübhə doğurmur. Vaxtilə ÇL-i qazanan marsellilər mərhələ keçmək üçün evdə ilk oyunda mütləq üstünlük qazanmalıdır.

22 fevral

“Kopenhagen” (Danimarka) – “Çelsi” (İngiltərə)
“Lion” (Fransa) – “Real” (İspaniya)

23 fevral
“Marsel” (Fransa) – “Mançester Yunayted” (İngiltərə)
“İnter” (İtaliya) – “Bavariya” (Almaniya)

Qeyd edək ki, oyunlar Bakı vaxtilə saat 23:45-də başlayacaq.
0