Saşa Yunisoğlu: AZAL “Bakı” ilə heç-heçə oynayacaq
21.02.2011 - 18:30
“Nə deyim? Danışmağa sözüm yoxdur. Səhərə kimi yata bilməmişəm. Hər şey öz əlimizdə idi. Təəssüf ki, fürsəti əldən verdik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun müdafiəçisi Saşa Yunisoğlu deyib.
Zədə səbəbindən “Qarabağ”la matçda meydana çıxmayan, əvəzində “Muğan”la qarşılaşmada öz yerini tutan futbolçu komandasının uğursuz oyunlarından danışarkən, dolayısı ilə AZAL-ın ümidinə qaldıqlarını istisna etməyib: “AZAL-ın sərfəli nəticə qazanmasını gözləməliyik. Ancaq onlar heç-heçə oynayacaqlar. Çünki “Bakı” daha güclüdür”.
“Muğan”la oyun haqda danışarkən, millinin üzvü rəqibin cəmi bir fürsət yaxaladığını və bunu düzgün dəyərləndirdiyini qeyd edib: “90 dəqiqə ərzində onların bir şansı oldu. Onda da qol vurdular. Oyun tamamilə bizim üstünlüyümüz şəraitində keçdi”.
Futbolçu ilk “altılıq” şanslarını böyük ölçüdə itirdiklərini, fasilənin komandalarına düşərli olmadığını düşünür: “I dövrəyə də məğlubiyyətlə başlamışdıq. Onda komanda yeni qurulmuşdu, həm də vaxtımız var idi. Fikrimcə, 99 faiz ilk “altılıq” şansımızı itirmişik. AZAL-ın bizə kömək etməsini istəyirik. Amma “Bakı” güclüdür. Necə olacağını həftəsonu biləcəyik”.
İkinci “altılıq” oyunlarının maraqsız keçməyəcəyini də deyən futbolçu gələn il 3 medaldan birini mütləq qazanacaqlarına inanır: “Rəhbərlik bu il mütləq nəticə qazanacağımızla bağlı komandanın qarşısına məqsəd qoymamışdı. Sadəcə, özümüz ilk “altılıq”a düşmək istəyirdik. Komandamızın gücünü hamı gördü. Gələn ilə hazırlaşırıq. İlk üç yerdən biri bizim olacaq”.

0
0