“Bizim klubda belə bir şeylər yoxdur” - MÜSAHİBƏ
21.02.2011 - 17:13
Salyanın “Muğan” klubunun futbolçusu Elşən Məmmədovun apasport.az saytına müsahibəsi
- Qış fasiləsində əksər klublardan fərqli, hazırlığı ölkə daxilində keçdiniz. Ancaq bununla belə, ilə uğurlu start götürərək, 2 oyuna 4 xal topladınız. Belə çıxışı gözləyirdiniz?
- Yox. Doğrusu, əvvəldən belə olacağını söyləyə bilməzdim. Biz hər oyuna xal qazanmaq üçün çıxırıq. Şükürlər olsun ki, 2 turdur buna nail oluruq. “Bakı” ilə 1:1 hesablı heç-heçə etdik, “Qəbələ”yə 1:0 hesabı ilə qalib gəldik. Hələ ki istədiyimiz alınır.
- Özü də sizin komandadan fərqli, “Bakı” ilə “Qəbələ” “altılıq” uğrunda mübarizə aparırlar. Bu klublardan vacib xallar almaqla, işlərini çətinə saldınız. Bu, sizə əlavə stimul verirmi?
- Özünüz də fikir vermisiniz ki, iddialı komandalarla yaxşı oynayırıq. Evdə “Bakı”, “İnter”, AZAL-ı məğlub etmişik. Həqiqətən də iddialılarla güclü oynayırıq. Bu 2 komanda da iddialıdır və onlarla oyunumuz alınır. Nəticədə 2 görüşdə qazandığımız 4 xalı yaxşı qiymətləndirirəm.
- Zəiflərlə oyunlarda da xal toplasaydınız, “altılığ”a düşə bilərdiniz...
- Elədir. Zəiflərlə zəif çıxış edib, əvəzində iddialılarla yaxşı oyun nümayiş etdirirdik. Bir az stabillik yox idi. Bu səbəbdən təəssüflər olsun ki, “altılığ”a düşə bilmədik.
- İl şəxsən sizin üçün də uğurlu başlayıb. Bu il komandanızın hər 2 qolunu vurmusuz. Ümumiyyətlə, son 3 oyunda 4 dəfə fərqlənmisiniz...
- Bu qollarda komanda yoldaşlarımın da əməyi var. Ötürmə verirlər, mən də hücumçu kimi bunu dəyərləndirirəm. Qismətdir, qolu mən vururam. Əsas odur ki, hər iki turda şanslardan faydalandım. Açığı, hər oyuna qol vurmaq üçün çıxıram. Allaha şükür, hələlik alınır. AZAL-la oyunda dubl etdim. Ardından “Bakı” və “Qəbələ”nin qapısına yol tapdım. Çalışacağam ki, yenə qol vurum.
- Adətən belə vacib oyunlar öncəsi rəqibə ciddi müqavimət göstərməmək, asan təslim olmaqla bağlı müxtəlif xoşagəlməz söz-söhbətlər yayılır. Ancaq “Muğan”ın heç kimə güzəştə getməməyi yaxşı nümunədir...
- Bu, komandanın tutduğu mövqedir. Buna görə rəhbərliyə “çox sağ ol” deyirəm. Bizdən fərqli, “Bakı” ilə “Qəbələ”nin “altılığ”a düşmək şansı olduğundan, xala böyük ehtiyacı var. Heç kimə güzəştə getmədiklərinə görə rəhbərliyimizə minnətdaram. Bizdən tələbləri rəqibdən asılı olmayaraq, meydana çıxıb, mübarizə aparmaq və qələbə qazanmaqdır. Həmin söz-söhbətlər futbolun əhəmiyyətinə, baxımlılığına mənfi təsir edən amillərdir. Şükürlər olsun ki, bizim klubda belə bir şeylər yoxdur.
- Sizcə, “Bakı” və “Qəbələ”dən hansı ikinci “altılıq”da rəqibiniz olacaq?
- Məncə, “Qəbələ”. Hesab edirəm ki, “Bakı” ilk “altılığ”a düşəcək.
- Gələn ayın əvvəlində başlayacaq ikinci “altılıq”da məqsədiniz nə olacaq?
- 7-ci yeri tutmaq. Qarşımıza bu vəzifə qoyulub. Çalışacağıq ki, bunun öhdəsindən gələk. Heyf ki, ilk “altılığ”a düşə bilmədik. Heç olmasa, ikinci “altılıq”da ən yüksək yeri tutmaq istəyirik.
- Ötən mövsüm “Simurq”da oynadığınız zaman da ilk “altılıq”dan kənarda qaldınız. Yenə 7-12-ci yerlər uğrunda mübarizə aparmaq sizi ruhdan salmır?
- Təəssüflər olsun ki, ötən il “Simurq”la, bu mövsüm isə “Muğan”la ilk “altılığ”a düşə bilmədik. Doğrusu, bu, mənim üçün yaxşı hal deyil. İstərdim ki, ilk “altılıq”da oynayan komandalara qarşı kollektiv şəklində mübarizə aparım.
- Ancaq digər tərəfdən, 7-12-ci yerlər uğrunda, yəni zəiflərlə oynayıb daha çox qol vurmaqla, çempionatın bombardiri olmaq şansınız var. Necə ki Fərid Quliyev ötən mövsüm “Standard”ın heyətində buna nail oldu.
- Mən belə deməzdim ki, zəiflərə qol vurmaq asandır. Cari mövsümdə 4 qol vurmuşam, hamısını da güclülərə. Yəni, AZAL, “Bakı” və “Qəbələ” zəif deyil. Göründüyü kimi, zəiflərə qol vurmamışam. Bu oyundur, bilmək olmur kimə qol vuracaqsan. Demək olmaz ki, növbəti turda “Simurq”a qol vurmaq asan olacaq. Bunu oyunun gedişi göstərəcək. Deyərdim ki, bu çempionatda zəif, asan keçiləsi komandalar yoxdur.
- “Muğan”da çıxışınız sizi razı salırmı? Gələn mövsümdə də bu komandada oynamaq fikriniz varmı?
- Doğrusu, son 4-5 turda çıxışımdan razıyam. Ancaq əvvəlkilərdən yox. Çünki əsas heyətdə oynamırdım, zədəm vardı. Demək olar ki, ay yarımdır sağalmışam. Zədəm oynamağıma mane olurdu. Nəticədə “Muğan”da özümü göstərə bilmirdim. Elə olurdu ki, ehtiyatda qalırdım, sonradan meydana çıxırdım. Son 4-5 turda isə daim oynayaraq, özümü göstərə bildim, qollarımı vurdum. Klubla maya kimi müqaviləm var. Həmin müddətə kimi oynayacağam. Ardını zaman göstərəcək.
Mehman SÜLEYMANOV

0
0