Avroliqa: İlk 1/8 finalçı kim olacaq?
21.02.2011 - 17:20
Avroliqa: İlk 1/8 finalçı kim olacaq?
Sabah Avroliqanın 1/8 final mərhələsinin ilk iştirakçısı müəyyənləşəcək. Apasport.az saytının məlumatına görə, 1/16 final mərhələsinin cavab görüşlərinə Rusiyanın paytaxtı Moskvada start veriləcək.

MOİK Bakı vaxtilə saat 21:00-da götürəcək oyunda Yunanıstan təmsilçisi PAOK-u qəbul edəcək. İlk oyunda 1:0 hesabı ilə qalib gələn “hərbçilər” növbəti mərhələyə çıxmaq şansı böyükdür.

Eyni sözləri birigün Bakı vaxtilə saat 21:00-da ev oyununa çıxacaq Portuqaliyanın “Porto” klubuna şamil etmək olar. MOİK kimi vaxtilə UEFA kubokunu qazanan “Porto” isə səfərdə İspaniyanın “Sevilya” klubuna minimal hesabla (2:1) qalib gəlib.

Qeyd edək ki, 1/16 final mərhələsinin cavab oyunlarının çoxu fevralın 24-də keçiriləcək.