“Hər 3 oyundan nəticə çıxardıq”
21.02.2011 - 17:32
“Biz Türkiyədə 3 yoldaşlıq oyununda qüvvəmizi sınadıq. Yalnız Azərbaycanın U-19-una məğlub olduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Zenit” klubunun 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Aleksandr Tixomirov deyib.
Sankt-Peterburq təmsilçisinin çalışdırıcısı Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı haqda fikirlərini açıqlayıb: “Həmin – 0:2 hesablı məğlubiyyətdən başqa 2 matç keçirdik. Ermənistanın güclülər dəstəsi komandası “Uliss”i 4:0, İsveçrə “Yuventus”unu isə 5:0 hesabı ilə darmadağın etdik. Hər 3 oyundan nəticə çıxardıq. İndi öz işimizə davam edirik. Əsas məqsədimiz əvəzedici heyətə oyunçu yetişdirməkdir”.

0
0