Elşən Məmmədov: Mənim milli komandaya ziyanım dəyməz
21.02.2011 - 17:45
“Hələ ötən il “Simurq”da oynayanda baş məşqçi Berti Foqts məni millinin 3 günlük təlim-məşq toplanışına çağırmışdı. Həmin vaxt Bakıda qısa müddətli hazırlıq oldu. Ancaq Foqts oyunlar başlayan dövrdə yenə çağırmadı”. Bu fikirləri apasport.az saytına açıqlamasında Salyanın “Muğan” klubunun futbolçusu Elşən Məmmədov deyib.
Hələ 2006-cı ildə Şahin Diniyev baş məşqçiliyi dövründə yığmamızda debüt edən təcrübəli hücumçu 3 oyun keçirdi. Bundan sonra millidə kənarda qalan Elşən ötən ilin dekabrında Bakıda 3 günlük təlim-məşq toplanışına çağırıldı. Ancaq baş məşqçi Berti Foqts onu Dubaya 2 həftəlik hazırlığa aparmadı.
Bununla da Məmmədov “Simurq”da oynadığı dövrdəki aqibətlə üzləşib: “Onda “Simurq”un kapitanı idim, həm də 7-8 qol vurmuşdum, məhsuldar ötürmələrim vardı. Bundan sonra milliyə çağırılmaq perspektivi haqda fikir söyləməkdə çətinlik çəkirəm. Fikrincə, milli komandaya oynaya, bacardığım qədər kömək edə bilərəm. Demirəm ki, mən milliyə gedib, hər oyunda 3 qol vuraram. Ancaq kömək etmək bacarığındayam. Hər halda, yığmaya ziyanım dəyməz. Çağırmaq artıq rəhbərlərin fikridir. Məsləhət görərlər, dəvət edərlər. Ancaq millinin şərəfini qorumağa həmişə canla-başla hazıram. Birdən-birə rəsmi oyuna çağırılacağımı isə hələ ki düşünmürəm”.
Qeyd edək ki, 31 yaşlı Elşən milli çempionatımızda 201 oyunda 40 qol vurub.
Mehman SÜLEYMANOV

0
0