“Roma” Azərbaycanda oynamış yetirməsinə güvəndi
21.02.2011 - 18:14
İtaliyanın “Roma” klubunun yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Vinçetso Montella bu gün rəsmən paytaxt təmsilçisinin yeni çalışdırıcısı təyin olunub.
37 yaşlı çalışdırıcı bunadək “Roma”nın yeniyetmələrdən ibarət komandasına rəhbərlik edirdi. Montella əsas komandada istefa verən Klaudio Ranyerini əvəzləyib.
Qeyd edək ki, Montella karyerasının böyük hissəsini “Roma”da keçirərək, 10 ildə (1999-2009-cu illərdə) 267 oyunda 118 qol vurub. O, İtaliya yığmasının heyətində 2002-ci ildə ölkəmizə gəlib.
Keçmiş hücumçu sentyabrın 7-də millimizə Tofiq Bəhramov adına Respublika stadionunda 2:0 hesabı ilə qalib gəldikləri rəsmi oyunun 58-ci dəqiqəsində həmkarı Kristian Vyerinin əvəzinə meydana daxil olub.

0
0