“Turan”ın iddiası dezinformasiya çıxdı - FOTO
21.02.2011 - 18:17
“Turan” klubu Peşəkar Futbol Liqasına (PFL) rəsmi müraciət edib. Apasport.az saytının məlumatına görə, Tovuz təmsilçisi əvəzedici komandalar arasında "Bakı" ilə ev oyunundan sonra rəqibin 2 nömrəli futbolçusu Orxan Əsədovun sənədlərinin qaydasında olmadığı, iştirak ərizəsində adı olmayan futbolçunun meydanda yer alması iddiası ilə PFL-ə şikayət etmişdi.
“Bakı” Orxanla bağlı açıqlamasında bu iddianın əsassız olduğunu bildirərək, onun şəxsiyyət vəsiqəsi, kamal attestatı və PFL tərəfindən verilən oyunçu lisenziyasının şəkillərini yaymışdı.
Bu gün PFL-ə "Turan”ın icraçı-direktoru Rasim Əliyevin imzası ilə daxil olan 61 saylı məktubda iddiaları əsasında məsələnin araşdırıldığını, texniki səhv nəticəsində PFL-nin rəsmi internet səhifəsində səhvən Orxan Əsədovun adının Ayxan Əsədov kimi qeyd olunduğu aşkarlanıb.
AFFA-nın rəsmi orqanı olan "Futbol Dünyası" qəzetinin 089-cu sayında əvəzedici komandaların iştirak ərizəsində futbolçu sənədlərinə uyğun olaraq, Orxan Əsədov kimi qeyd olunduğunu nəzərə alınıb. Haqqında söhbət gedən texniki xəta isə aradan qaldırılıb.
Bunları nəzərə alan "Turan" PFL-ə müraciətində iddiasını geri götürdüyünü rəsmən göstərib. Bununla, Əsədovun "Bakı"nın əvəzedici komandasında tam hüquqi əsaslarla oynadığı təsdiq olunub.
Mənbə: fcbaku.com

0
0