Ukraynalılar Azərbaycan yığmasının şansını dəyərləndirdi
21.02.2011 - 19:00
Ukrayna mətbuatı Azərbaycan futzal yığmasının Avropa çempionatının əsas seçmə mərhələsində şanslarını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, həmkarlarımız fevralın 24-dən 27-dək Bakıda seçmə mərhələ oyunlarında qrup qalibinin son Avropa çempionu İspaniya yığmasının olacağını sayırlar.
Onlar millimizin buna şansını 80 faiz dəyərləndirib: “Azərbaycan yığması Macarıstandakı final mərhələsindən sonra praktiki olaraq dəyişilməyib. Qapıda əvvəlki tək Andrey Tveryakin dayanır. Hansının ki, martın əvvəlində 44 yaşı tamam olacaq. Meydanda isə bizə yaxşı tanış olan Biro Jede ilə Serjao ağalıq edir. Sonuncu yaxında deyib ki, o və “gənc komandası” Bakıdakı meydanda ispanları yenmək arzusu ilə alışıb yanır. Ancaq belə düşünmək olar ki, Azərbaycan yığmasının adları sadalanan, hətta Felipe, Tyaqo, Rizvan Fərzəliyev və Vitali Borisovun dəstəyi sayəsində də buna gücü çatmayacaq”.
Qeyd edək ki, Biro Jade ilə Serjao yığmamızın Avropada 4-cü yeri tutmasından sonra “Araz”dan Ukraynanın “Uraqan” klubuna transfer olundular.

0
0