“Altılığ”a düşəcəkləri bilinmir, Avropadan dəm vurur
21.02.2011 - 22:39
“Bakı”nın kapitanı Cəmşid Məhərrəmov həftəsonu Tovuzda “Turan” üzərində qazanılan qələbə və Premyer Liqanın XXII turunda AZAL-la keçiriləcək oyun barədə fikirlərini bildirib. Apasport.az-ın “zolaqlılar”ın saytına istinadən saytının xəbərinə görə, futbolçu onun komandasını hesabdan silənləri tələsməməyi məsləhət görüb: “Ötən həftə “Turan”la oyunda olduqca vacib qələbə qazandıq. Tovuza elə üç xal üçün getmişdik. “Muğan”nın “Qəbələ”ni məğlub etməsi də işimizə yaradı. İndi hər şey öz əlimizdədir. İlk “altılığ”a vəsiqə uğrunda son oyunda var qüvvəmizi meydanda qoyub qələbə qazanmalıyıq. Çoxları bizi bu mövsüm hesabdan silmişdi . Amma tələsməsinlər. İlk “altılığ”a vəsiqə qazanıb, öz sözümüzü deyəcəyik. Liderlə aramızda böyük xal fərqi olsa da, Avrokuboklara vəsiqə qazanacağımıza inanıram”.
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
0
0