Juninyo “Bakı”nı döyüşə çağırdı
22.02.2011 - 00:02
“Son vaxtlar zədələr məni rahat buraxmır. Növbəti tur “AZAL”a qarşı oynamaq istəsəm də, təəssüf ki , bunu edə bilməyəcəm. Çox üzgünəm. İki həftəyə məşqlərə başlayacam. İnanıram ki, komanda ilk “altılığ”a vəsiqə qazanacaq və mən çıxışımı bu mərhələdə davam etdirəcəyəm”. Apasport.az saytının xəbərinə görə, bunu “Bakı” klubunun futbolçusu Junior Osvaldo Martins (Juninyo) deyib.
Hesabat turunun “Turan”la səfər oyunu barədə fikirlərini açıqlayan braziliyalı legioner bildirib ki, qazanılan qələbə çox vacib idi: “Bilirsiniz ki, bu oyunda qalib gəlməsəydik, “altılıq” şanslarımızı itirə bilərdik . “Turan”la oyun çox çətin keçdi. Meydançanın pis vəziyyətdə olması oyunumuza mənfi təsir etsə də, istəyimizə çatdıq. Bu oyunda özümü yaxşı tərəfdən göstərib, ilk “11-lik”də öz yerimi almaq istəyirdim. Amma, təəssüf ki, zədə buna mane oldu”.
Klubun saytına müsahibəsində Juninyo növbəti tur AZAL-la oyun barədə də danışıb: “Bakı”nın “altılıq”da oynamaq şansı böyükdür. Bunun üçün AZAL-la oyunda meydanda döyüşərək, qələbə qazanmalıyıq. “Altılığ”a vəsiqə qazanmaq öz əlimizdədir, bu şansı qaçırmarıq”.

0
0