Kamikadze ölkənin ən yaxşı futbolçusunu öldürdü
22.02.2011 - 10:03
Kamikadze ölkənin ən yaxşı futbolçusunu öldürdü
Somali futbolunda faciə baş verib. Apasport.az saytının məlumatına görə, terrorçu-kamikadze ölkənin ən yaxşı futbolçularından biri olan Abdi Salan Məhəmməd Əlini öldürüb.

Futbolçu məşqdən qayıdan zaman kamikadze özünü partladıb. Daha 2 oyunçu isə xəsarət alıb. Partlayışda Mahmud Əmin Məhəmməd və Seyid Əli Məhəmməd Ksis ağır yaralanıb. Somali Polis Akademiyasında məşq edən futbolçular ordan qayıdarkən şosedə kamikadzenin qurbanı olublar. Şahidlərin sözlərinə görə 2 partlayış baş verib.

Qeyd edək ki, Abdi Salan Somalinin 20 yaşadək futbolçulardan ibarət yığmasının üzvü idi.