“İnter” Şahini alır
22.02.2011 - 10:15
“İnter” Şahini alır
Azərbaycan millisinin Avro-2012-nin seçmə mərhələsində rəqibi olan Türkiyə yığmasının futbolçusu Nuri Şahin karyerasını İtaliyada davam etdirmək şansı qazanıb. Apasport.az saytının məlumatına görə, Almaniyanın “Borussiya” klubunun 22 yaşlı yarımmüdafiəçisi “İnter”in maraq dairəsindədir. Çempionlar Liqasının son qalibi Nurini növbəti “transfer pəncərəsi”ndə alacaq. Futbolçu yetirməsi olduğu Dortmund klubu ilə cari mövsümdə liderliyində böyük rol oynayaraq, çempion olmağa yaxındır.

Qeyd edək ki, Şahin “Borussiya”nın heyətində cari mövsümdə keçirdiyi 23 oyunda 5 qol vurub, 10 məhsuldar ötürmə edib.