“Xəzər Lənkəran”ın 123 nəfərlik ordusu
22.02.2011 - 11:36
Azərbaycan Premyer Liqasının XXI turunun AZAL-la ev oyununda (2:1) daha 2 futbolçu “Xəzər Lənkəran” klubunun heyətində debüt etdi. Apasport.az saytının məlumatına görə, milli çempionatımızda debüt edən Kosmin Frasinesku və İbrahima Banqura karyeralarında ilk dəfə cənub təmsilçisinin formasında meydana çıxdılar. Bunadək “Xəzər Lənkəran”ın 7 illik tarixində 121 futbolçuya bu nəsib olmuşdu. Debütantların sayəsində bu rəqəm 123-ə çatdı.
Diqqəti çəkən əsas məqam odur ki, bu ilin ilk 2 oyununda “Xəzər Lənkəran”da debütantların ümumi sayı 10 olub. Belə ki, Simao Bruno, Andrey Mureşan, Adrian Pit, Hristu Kiaku, Adrian Skarlatake, Julius Vobay, Elnur Abdullayev, Aleksandr Pitsurka “Neftçi” ilə XX turdakı səfər oyununda siftə etmişdilər.
“Xəzər Lənkəran”ın son debütantlarının hər ikisinin legioner olduğunu nəzərə alsaq, güvəndiyi əcnəbilərin sayı 72-yə çatdı. Belə ki, “təyyarəçilər”lə görüşədək 70 legioner bunu bacarmışdı. Kosmin Rumıniya, İbrahima isə Qvineya təmsilçisidir. Frasinesku öz ölkəsinin “Xəzər Lənkəran”da 15-ci futbolçusudur ki, bu göstəricidə Rumıniya aşkar liderdir.
İlk qvineyalı kimi “Xəzər Lənkəran”ın tarixinə düşən Banqura isə ümumilikdə 5-ci afrikalıdır. Onun təmsilçisi olduğu Qvineya isə lənkəranlılara futbolçu verən 27-ci xarici ölkə oldu: Rumıniya – 15, Türkiyə - 9, Braziliya – 8, Belarus, Serbiya – hərəsi 5, Bolqarıstan - 4, Albaniya, Gürcüstan, Kolumbiya Portuqaliya, Litva – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Rusiya, Slovakiya, Argentina, Kosta-Rika, Latviya, Syerra-Leone, Qvineya – hərəsi 1.
Mənbə: lankaranfc.com

0
0