“Cavab verdi ki, tanklar üstümdən keçsə də, Bakıdan getməyəcəm”
22.02.2011 - 12:03
“90-cı illərdə Bakıda çox dəhşətli vəziyyət olanda, Anatoliyə Moskvaya qohumlarımızın yanına getmək istədiyimi dedim. Cavab verdi ki, hətta tanklar üstümdən keçsə də, Bakıdan getməyəcəyəm. İndi o, yoxdur, mən isə işimdən məhrum olmuşam. Pensiya ilə yaşayıram, soyadım bizə çox kömək edir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycanın ən yaxşı futbolçularından olan Anatoli Banişevskinin həyat yoldaşı İnna Banişevski deyib.
O bildirib ki, 1977-85-ci illərdə “Neftçi”də oynamış, Banişevskinin komanda yoldaşı olmuş, yaxında isə Rusiyanın “Alaniya” klubunun vitse-prezidenti təyin edilən Vladimir Mixaylevski ona maddi yardım göstərir: “100 manat – 120 dollar pensiya alıram. Bu gün 64 manat işıq pulu gəlib. İstədiyin kimi yaşa. Ancaq Moskva kömək edir. Mixaylevski hər ay pul göndərir. Bu, ikinci pensiya kimidir. Mənə onu götürmək çox çətindir. Ümid edirəm ki, nəhayət, iş tapa biləcəyəm. Biz heç nə yığmadıq. Tolyaya nə pul lazım idi, nə də... Kiməsə pul lazım olanda, məvacibinin ona verərək, evə pulsuz gəlirdi. Birinə “Volqa” markalı avtomobil verdi. O da toya getdi və maşını aşırdı. Avtomobilin yük yerini dəyişməli olduq, onu zavoddan gətirdilər. Ancaq Tolya yoldaşından bir qəpik tələb etmirdi”.
Xanım Banişevski qaldıqları mənzili onlara Heydər Əliyevin verdiyini bildirib: “Bu, 1968-ci ildə olub. Daha doğrusu, şəhərin mərkəzində ev verdilər və biz onu indikinə dəyişdik. Futbolçulardan Kramarenko da burada yaşayıb. Əliyev Anatoliyə maşın da verdi. Onda “Volqa”lar məhdud, növbə ilə idi”.
Banişevskinin həyat yoldaşının sözlərinə görə, kiçik nəvəsi olan 13 yaşlı Əli Anatoliyə çox oxşayır: “Anadan olandan, 7 aylığından topla bərabərdir. Diribaşdır, ancaq babası kimi tənbəldir. Onun kimi birdə gördün, oyunun son 10 dəqiqəsində 3 qol vurdu. O qədər mükafatlar, medallar alıb. Deyir ki, babamdan çoxdur. Çoxlarının dediyinə görə, nəvəmdə nəsə var, əlbəttə, babası deyil, ancaq... Bilirsiniz, hamı istəyir ki, respublikada 2-ci Banişevski anadan olsun. Təəssüf ki, stadionuna onun adını vermədilər. Ancaq yaxından evinin yanında divar lövhəsini asdılar”.
İnna daşıdıqları soyadın tarixçəsindən də danışıb: “Banişevski Polşa soyadıdır. Onun babası Qərbi Ukraynadan gəlib. Tolyanın qardaşı olsa da, uşaqları yoxdur. Burada isə iki qız var. Fikirləşirdik ki, nəvəmin ikili soyadı olacaq. Ancaq təəssüf ki, burada buna icazə verilmir”.
Qeyd edək ki, sabah Anatoli Banişevskinin anadan olmasının 65 illik yubileyidir.

0
0