“Real”ın sevinci çox çəkmədi, “Çelsi”dən sərfəli nəticə
23.02.2011 - 01:37
“Real”ın sevinci çox çəkmədi, “Çelsi”dən sərfəli nəticə
Bu gün UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin iki oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, gecənin maraqlı qarşılaşması Fransada baş tutub.

Madrid “Real”ı Fransada son illər məğlub edə bilmədiyi “Lion”un qonağı olub. İspanlar ikinci hissədə Benzemanın qolu ilə hesabda önə çıxsalar da, bu üstünlüyü sonadək qoruya bilməyiblər. Hücumlarının kəsərini artıran “Lion” cəmi 17 dəqiqə sonra Qomisin dəqiq zərbəsiylə tarazlığı bərpa ediblər.

Danimarkada isə debütantla ÇL-də böyük təcrübəyə malik komanda üz-üzə gəlib. Belə ki, tarixində ilk dəfə nüfuzlu turnirin 1/8 finalına çıxan “Kopenhagen” doğma divarlar arasında “Çelsi”yə 0:2 hesabı ilə uduzub ki, hər iki qolu Nikolya Anelka vurub.

22 fevral

“Kopenhagen” (Danimarka) – “Çelsi” (İngiltərə) - 0:2
QOLLAR: Anelka, 18; 54
Baş hakim: Byorn Kaypers (Hollandiya)
"Kopenhagen": 21. Yuhan Viland, 2. Zdenek Pospex, 6. Klaudemir, 8. Villyam Kvist, 10. Yesper Qronkyaer, 11. Sezar Santin (20. Martin Vinqaard, 46), 14. Dam Ndoy, 15. Mikael Antonsson, 17. Oskar Vendt (3. Pyer Benqtsson, 75), 25. Matias Yorgensen, 30. Kristian Bolanyos
"Çelsi": 1. Petr Çex, 2. Branislav İvanoviç, 3. Eşli Koul, 5. Mikael Essyen, 7. Ramires, 8. Frenk Lempard, 9. Fernando Torres, 15. Floran Maluda, 17. Joze Bosinqva, 26. Con Terri, 39. Nikolya Anelka (11. Didye Droqba, 73)

“Lion” (Fransa) – “Real” (İspaniya) - 1:1
QOLLAR: Qomis, 83 - Benzema, 65
Baş hakim: Volfqanq Ştark (Almaniya)
"Lion": 1. Yuqo Lyoris, 3. Kris, 5. Deyan Lovren, 6. Kim Kellstrem (8. Miralem Pyaniç, 77), 11. Miçel Bastos (7. Cimmi Brayand, 70), 13. Antoni Reveyer, 18. Bafetimbi Qomis, 19. Sesar Delqado (24. Ceremi Pid, 70), 20. Ali Sissoko, 28. Jeremi Tulalan, 29. Yoann Qurkuff
"Real": 1. İker Kasilyas, 2. Rikardu Karvalyu, 3. Pepe, 4. Serxio Ramos, 7. Kriştianu Ronaldu, 14. Xabi Alonso, 17. Alvaro Arbeloa, 22. Anxel Di Mariya, 22. Məsut Özil (12. Marselo, 75), 24. Sami Xedira (10. Lassana Diarra, 68), 28. Emmanuel Adebayor (9. Kərim Benzema, 64).

1/8 finalın qalan iki görüşü bu gün baş tutacaq.

23 fevral
“Marsel” (Fransa) – “Mançester Yunayted” (İngiltərə)
“İnter” (İtaliya) – “Bavariya” (Almaniya)

Qeyd edək ki, oyunlar Bakı vaxtilə saat 23:45-də başlayacaq.