Mahir Şükürovun komandası heç-heçə ilə başladı
22.02.2011 - 12:40
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürov Türkmənistanda debüt edib. Apasport.az saytının məlumatına görə, həmyerlimizin oynadığı Rusiyanın “Anji” klubu Abadan şəhərində start götürən Prezident Kuboku uğrunda XVII beynəlxalq turnirdə ilk görüşünü İranın “Oqab Qonbad” komandası ilə keçirib. Oyun 1:1 hesabı ilə nəticələnib.
Turnirin iştirakçıları hərəsində 4 komanda olmaqla 2 qrupa bölünüb. “Anji” A qrupunda yer alıb və 2-ci oyununu bu gün yerli vaxtla saat 18:00-da Ermənistanın “Qandzasar” klubu ilə keçirəcək.
Ermənilər ilk görüşdə Türkmənistanın “Altın asır” klubuna 1:0 hesabı ilə qalib gəlib. Şükürovun komandası qrupda son oyununu fevralın 24-də yenə 18:00-da Aşqabadın Olimpiya stadionunda “Altın Asır”la keçirəcək. Qrupda ilk 2 yeri tutan komandalar fevralın 26-da yarımfinalda görüşəcək. Fevralın 28-də isə əvvəl 3-cü yer uğrunda, daha sonra final oyunu keçiriləcək.
“Anji” Türkiyədə təlim-məşq toplanışında olsa da, əsas futbolçularından ibarət komandası Türkmənistanda turnirdə iştirak edir. Maraqlıdır ki, təşkilatçılar yarışda Azərbaycanın da iştirak etdiyini göstərsə də, 8 komanda arasında təmsilçimiz yoxdur.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0