“Mahir Şükürovun “Anji” klubundakı taleyi barədə nəsə deyə bilmərəm”
22.02.2011 - 13:36
“Mahir Şükürov həqiqətən də Türkmənistana yollanıb. O, komandamızın heyətində Aşqabadda beynəlxalq turnirdə iştirak edir”. Bu fikirləri apasport.az saytına açıqlamasında Rusiyanın “Anji” klubunun rəisi Akim Arzumanov deyib.
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürov Mahaçqala təmsilçisinin heyətində Türkiyədə təlim-məşq toplanışında son 2 yoxlama matçında oynamayıb. Arzumanov həmyerlimizin Aşqabadda Prezident Kuboku uğrunda XVII beynəlxalq turnirdə iştirakını təsdiqləyib: “İndi komandamız 2 yerə bölünüb. Futbolçuların yarısı bizimlə birgə - Türkiyədə hazırlıq keçir, yarısı isə Türkmənistanda turnirdədir. Onlar bu ayın sonuna kimi qayıdacaqlar. Martın 1-də isə hamımız Mahaçqalada bir araya gələcəyik. Futbolçunu müzakirə etmək, onu qiymətləndirmək mənim səlahiyyətimə aid deyil. Mən komandanın rəisiyəm. Mahiri futbolçu kimi baş məşqçi xarakterizə edib, qiymətləndirə bilər. Təşkilati məsələlərdə isə Şükürovla heç bir problemim olmayıb. Normal, peşəkar futbolçudur. Onun “Anji”dəki gələcək taleyinə gəlincə, bu barədə nəsə deyə bilmərəm. Bu mənə ünvanlanası sual deyil”.
Məlum olduğu kimi, qış fasiləsində “Anji”də həmvətənlərimizin artıb. Belə ki, milli komandamızın sabiq baş məşqçisi Vaqif Sadıqovla futbolçusu Emin Ağayev Mahaçqala təmsilçisinə gəldi. Sadıqov “Anji”nin baş məşqçisi Hacı Hacıyevin köməkçisi olduğu halda, futbolçu karyerasını yenicə bitirən Ağayev seleksiyaçı kimi çalışır. Arzumanov hər iki həmyerlimizin Türkiyədə öz işləri ilə məşğul olduğunu bildirib.
Mehman SÜLEYMANOV

0
0