Georgi Adamiya: Mənim də qollarımın sayı artacaq
22.02.2011 - 16:00
“Son 2 görüşdə qol vurmağım təbii ki sevindiricidir. “Gəncə”ylə oyunda 3 xal qazanmağımız tək qolla olduğundan daha yadda qalan oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun futbolçusu Georgi Adamiya deyib.
Gürcüstanlı legioner Premyer Liqanın son 2 matçında meydanı qolsuz tərk etməməklə çempionatımızdakı qolların sayını 43-ə çatdırıb. Bununla, Adamiya braziliyalı Leandro Qomeşi arxada qoyub.
Georgi klubun rəsmi internet saytına açıqlamasında ili məhsuldar başlamasından danışıb: “Əsas odur ki, komandamız qələbə qazanır. İlk dövrənin sonlarında zəif çıxış etməyimə gəlincə, deyərdim ki, bir qədər yorğunluq vardı. Baş məşqçimiz də bunu vurğulamışdı. Avrokuboklardan başlayaraq istirahət etməmişdik. Amma qış fasiləsində uzun müddətdən sonra yaxşı dincəlmək şansı oldu. Antalyada keçdiyimiz təlim-məşq toplanışında da yaxşı hazırlıq keçdik. Son 2 oyuna çox konsentrasiya olmuşdum. Futbol belə bir şeydir. “Gəncə” ilə oyunda 2 imkanım oldu. Birinci daha real olsa da, ikincidən yararlandım”.
Adamiya ən məhsuldar legionerlər siyahısında özündən öndə olan yeganə futbolçu – həmyerlisi Badri Kvaratsxeliyaya çatmağın çətin olduğunu etiraf edib: “Badridən sonra 2-ci olmağımı sizdən eşidirəm. Konkret qol sayını bilməsəm də, 40-dan çox qol vurduğumu bilirdim. Badriyə çatmaq üçün nə qədər qol vurmalıyam? 28? Bir az çox oldu. Təbii ki, Azərbaycanın futbol tarixinə düşmək istəyərəm. Çalışacağam ki, qollarımın sayı artsın. Çətin olsa da, mümkünsüz deyil. İnşallah, “Qarabağ” hər oyunda qələbə qazandıqca, mənim də qollarımın sayı artacaq”.
Qeyd edək ki, Kvaratsxeliyanın hesabında 71 qol var.

0
0