Emin Quliyev təkzib edir: Deyilənlər boş söz-söhbətlərdir
23.02.2011 - 00:08
“Komandamız tam formalaşmayıb. Qışda yeni gələn futbolçuların uyğunlaşması üçün zamana ehtiyac var”. Bu sözləri apasport.az saytına açıqlamasında “Simurq”un müdafiəçisi Emin Quliyev deyib.
Qışda “Simurq”la müqavilə imzalayan təcrübəli müdafiəçi mövsümün sonuna qədər Zaqatala təmsilçisinin formasını geyinəcək. Fasilədə bir neçə futbolçu ilə heyətini gücləndirməsinə baxmayaraq, əyalət təmsilçisi ardıcıl 2 məğlubiyyət yaşadı. Buna baxmayaraq, millinin sabiq oyunçusu “Simurq”un Premyer Liqada qalacağına inanır: “Bunu gələcək göstərəcək. Ancaq mən komandanın Premyer Liqada qalacağına inanıram”.
Gənclərlə oynamağın çətin olmadığını vurğulayan futbolçu perspektivli uşaqların olduğunu qeyd edib: “Gənclərlə bir yerdə oynamaq çətin deyil. Əksəriyyəti cavan uşaqlardır. Aralarında perspektivli oyunçular da var. Təcrübə topladıqdan sonra güclü olacaqlarını düşünürəm”.
Son vaxtlar xüsusilə təcrübəli futbolçuların karyeralarını bitirmələri barədə müxtəlif səpkili yazılar dərc olunur. Məsələyə münasibətini bildirəm arxa xətt oyunçusu gücü yetənə qədər karyerasını davam etdirəcəyini bildirib: “Gücüm varsa, oynayacam. Deyilənlər boş söz-söhbətlərdir. Hiss edirəm ki, formasını geyindiyim komandaya kömək edə bilərəm. Karyeramı nə vaxt bitirəcəyimi zamanı çatanda açıqlayacam”.

0
0