“Onları görəndə, sanki gücümüz artır” - MÜSAHİBƏ
23.02.2011 - 00:07
“Onları görəndə, sanki gücümüz artır” - MÜSAHİBƏ
“Bakı” klubunun futbolçusu Jabanın müsahibəsi

- Əsas komandaya qayıdışın haqda nə deyə bilərsən ? Əvəzedici komandada formanı itirməmisən ki?
- Əvəzedici komandada olanda məşqçilər formamın itməməyi üçün mənə və Leoando Roşaya ayrı məşq keçirdilər. Buna baxmayaraq, idman formamı qoruya bilmədim. İndi əsas komandadayam və yenidən əvvəlki gücümü bərpa edirəm. İnanıram ki, oyundan oyuna daha yaxşı oynadığımı görəcəksiniz.

- Qayıdışını qolla qeyd etdin...
- Qələbə qolunu mən vursam da, qələbə bütün heyətin birlikdə mübarizəsi nəticəsində qazanıldı. Mən, ümumiyyətlə, digər oyunlarda da vurduğum qollara görə yox, komandamızın qələbə qazanması üçün sevinirəm. İnanıram ki, baş məşqçimizin güclü məşqləri ilə daha yaxşı oynayıb, qələbələr qazanacağıq.

- Növbədə “AZAL”la oyundur. Bu haqda nə fikirləşirsən?
- AZAL-la oyun çətin olacaq. Ancaq əminəm ki, bu oyunda qələbə bizim olacaq. Qəbələnin xal itirməsindən sonra şansımız daha da artdı. İndi hər şey öz əlimizdədir. Bu oyunda meydanda döyüşüb qələbə qazanmalıyıq. Bizim əsas məqsədimiz “altılığ”a düşməkdir. Bunu üçün AZAL-la oyunda heç-heçə də kifayət edir . Bu şansı əldən verməyəcəyik.

- AZAL-la oyunda səndən qol gözləyək?
- Oyunun necə keçəcəyini əvvəldən bilmək olmaz. Əgər şans yaranarsa, qol da vuracam.

- “Bakı”nın azarkeşlərinə nə sözün var?
- Azarkeşləri oyunlarımıza gəlmələri istəyirəm. Əlbəttə ki, onları hər oyun tribunalarda görəndə, sanki bizim də gücümüz artır. Biz onları 12 oyunçu sayırıq. Bu oyunda da azarkeşlərimizin komandamızı dəstəkləməsini arzu edirəm.

Mənbə: klubun saytı