Ölkə kubokunun qalibi üçün güzəşt
23.02.2011 - 09:34
Avropa Liqasının formatında dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, UEFA reytinqinin ilk 5 pilləsində qərarlaşan ölkələrin kuboklarının qalibləri birbaşa avrokubokun qrup mərhələsinə vəsiqə qazanacaq. Bu yenilik 2012/13 mövsümündən tətbiq olunacaq. Belə qərar UEFA ilə qitənin 5 aparıcı futbol ölkəsinin – İspaniya, İngiltərə, İtaliya, Almaniya və Fransa federasiyaları arasında mərkəzləşdirilmiş marketinq sistemi ilə bağlı müqavilənin imzalanmasından sonra verilib.
Qeyd edək ki, indiyədək yalnız Avropa Liqasının qalibi növbəti il birbaşa qrup mərhələsinə vəsiqə qazanırdı. Bu da o zaman baş verirdi ki, həmin komanda Çempionlar Liqasında oynamasın.
Qeyd edək ki, indiyədək yalnız Avropa Liqasının qalibi növbəti il birbaşa qrup mərhələsinə vəsiqə qazanırdı. Bu da o zaman baş verirdi ki, həmin komanda Çempionlar Liqasında oynamasın.
0
0