Avroliqanın ilk 1/8 finalçısı müəyyənləşdi
23.02.2011 - 09:40
Avroliqanın ilk 1/8 finalçısı müəyyənləşdi
Avroliqanın 1/8 final mərhələsinin ilk iştirakçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Rusiyanın MOİK klubu iki oyunun nəticəsinə görə Yunanıstan PAOK-undan üstün olub. Düzdür, ilk oyunda səfərdə 1:0 hesabı ilə qalib gələn “hərbçilər” “Lujniki” stadionundakı cavab görüşündə 67-ci dəqiqəsində qapısından top görməklə, çətin vəziyyətə düşdü. Zədələnərək meydanı tərk etməli olan İqor Akinfeyevin yerinə qapıda dayanan Sergey Çepçukovun kobud səhvi Zlatan Muslimoviçin hesabı açması ilə nəticələndi. Ancaq MOİK sona 10 dəqiqə qalmış lazım olan qolu vura bildi. 80-ci dəqiqədə braziliyalı hücumçu Vaqner Lav penaltini dəqiq yerinə yetirməsə də, Sergey İqnaşeviç təkrar zərbə ilə oyunda son nöqtəni qoydu – 1:1.

Qeyd edək ki, ordu klubunun 1/8 finaldakı rəqibi bu gün keçiriləcək “Porto” (Portuqaliya) – “Sevilya” (İspaniya) cütünün qalibi olacaq. Portuqaliyalılar ilk oyunda səfərdə 2:1 hesabı ilə qalib gəldiyindən, mərhələ adlamaq şansı çoxdur.