Mahir Şükürovun baş məşqçisi ermənilərin qələbəsini şübhəli saydı
23.02.2011 - 10:15
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun oynadığı Rusiyanın “Anji” klubunun baş məşqçisi Ruslan Ağalarov ermənilərin qələbəsini şübhəli sayıb. Apasport.az saytının məlumatına görə, “Anji” Türkmənistanın paytaxtı Aşqabadda Prezident Kuboku uğrunda XVII Beynəlxalq Turnirin qrupda 2-ci oyununda Ermənistanın “Qandzasar” klubuna uduzmaqla (0:1), yarımfinala çıxmaq şansını azaldıb. Ancaq Ağalarovun fikrincə, bədnam qonşularımız hakimin köməyi ilə qalib gəlib: “Bizə qarşı yaxşı komanda oynadı. Oyunun əvvəli Ermənistan komandasının tərəfində idi. Ancaq sonradan matçı bərabərləşdirə bildik. Hərçənd “Qandzasar” bizə 37-ci dəqiqədə penaltidən qol vurdu. Hesab edirəm ki, baş hakim səhv 11 metrlik cərimə zərbəsi təyin etdi. Bundan sonra qapı dirəyi bizi xilas etdi. İkinci hissədə təşəbbüsü əldə aldıq. Muxammad təhlükəli cərimə zərbəsi vura bildi, sonda isə Gerayev Eliakvunun ötürməsindən sonra boş qapıya düşə bilmədi”.
Qeyd edək ki, Mahir turnirdə 2-ci oyunda da sonradan, bu dəfə 46-cı dəqiqədə meydana daxil olub. “Anji” qrupda son oyununu sabah Türkmənistanın “Altın Asır” klubu ilə keçirəcək.
Qeyd edək ki, Mahir turnirdə 2-ci oyunda da sonradan, bu dəfə 46-cı dəqiqədə meydana daxil olub. “Anji” qrupda son oyununu sabah Türkmənistanın “Altın Asır” klubu ilə keçirəcək.
0
0