Mirça Redniki milli komandaya çağırırlar
23.02.2011 - 10:18
Mirça Redniki milli komandaya çağırırlar
“Əminəm ki, milli komandanın baş məşqçisi Razvan Luçeskunu Bosniya və Herseqovina ilə oyundakı qələbə də xilas etməyəcək. Bu səbəbdən də onun potensial xələfləri haqda danışa bilərəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rumıniya Futbol Federasiyasının prezidenti Mirça Sandu deyib.

O, milli komandada baş məşqçi dəyişikliyinin qaçılmaz olduğunu düşünür: “Baş məşqçi postuna namizədlərdən biri Mirça Rednikdir. Azərbaycanda “Xəzər Lənkəran” klubunu çalışdıran mütəxəssis yığmanın baş məşqçi postuna namizədlər siyahısına sonradan daxil olub. Lakin o da istəyimizə çatmağa nail ola bilər. Ümid edirəm ki, biz Avro-2012-nin final mərhələsində oynamaq arzumuza çatacağıq”.

Sandu bildirib ki, Redniklə yanaşı, bu posta iddiaçı sayılan digər 4 mütəxəssis də var. Bunlar Kosmin Olaroyu, Dan Petresku, İoan Ovidiu Sabeu və Dorinel Muntyanudur. Lakin artıq başlayan ilkin danışıqlar zamanı Olaroyu bu posta gəlməkdən imtina edib.