Yubileyini doğma məkanda qeyd etdi - FOTO
23.02.2011 - 10:46
Yubileyini doğma məkanda qeyd etdi - FOTO
Madridin “Real” klubunun fransalı futbolçusu Kərim Benzema UEFA Çempionlar Liqasında “Lion”la görüşdə (1:1) tarixə düşdü. Apasport.az saytının məlumatına görə, həmyerliləri ilə ilk 1/8 final oyunda vurduğu qol 23 yaşlı hücumçunun karyerasında 100-cü olub.

Maraqlıdır ki, Benzema yubileyini vətənində, yetirməsi olduğu, uzun illər şərəfini qoruduğu komanda ilə matçda qeyd edib. “Lion”la oyunda 64-cü dəqiqədə meydana daxil olan Kərim cəmi 1 dəqiqə sonra hesabı açdı. Bu zaman onun doğma məkanda sevinməməyini anlamaq olar. Axı Benzema futbolçu kimi yetişməyində, tanınmağında məhz “Lion”a borcludur və 2009-cu ilin yayında “Real”a məhz oradan keçib.

Qeyd edək ki, Kərim karyerasında qolların çoxunu “Lion”da vurub – 66. Onun hesabında “Real”da 22, Fransa yığmasında 12 qol var.