Azərbaycan futbolunda yeni ad
23.02.2011 - 12:03
Klubların ad dəyişməsi ilə zəngin Azərbaycan futbolunda daha bir belə hadisə qeydə alınıb. Apasport.az saytının məlumatına görə, ölkə çempionatının I divizionunda mübarizə aparan “Anşad Petrol” klubu adını dəyişib.
Hələ ötən ildən eyniadlı təsisçisini itirən Neftçala təmsilçisi köhnə adı ilə vidalaşıb. Bundan sonra komanda “Neftçala” adını daşıyacaq.
Qeyd edək ki, bir neçə gün əvvəl I divizionda mübarizə aparan “Ədliyyə” klubu da fəaliyyətini dayandırıb. Bu səbəbdən də bundan sonra Azərbaycan futbolunda “Anşad Petrol” və “Ədliyyə” adları olmayacaq.

- "Qalatasaray" Kamavinqaya elçi düşdü: 35 MİLYON AVRO
- Deniz Güllə razılıq əldə olundu - RƏSMİ
- “Real” Kamavinqa üçün qiymət qoydu – 70 milyon avro
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
0
0