Kaxaber Sxadadzeni ağladan xəbər
23.02.2011 - 12:36
“Kəpəz”nin sabiq futbolçusu Andrey Sidelnikov keçmiş komanda yoldaşı Kaxaber Sxadadzeni yada salıb. Apasport.az saytının məlumatına görə, 44 yaşlı ukraynalı veteran müdafiəçi Bakının “İnter” klubunun baş məşqçisi olan Sxadadze ilə SSRİ-nin gənclər yığmasında birgə oynayıb.
Sidelnikov 1990-cı ildə Avropa çempionu olsa da, seçmə mərhələdə çiyin-çiyinə oynadığı gürcü həmkarı belə imkandan məhrum olub: “Biz Kaxa ilə eyni ampluadan idik, rəqib hücumçulara qarşı fərdi oynayırdıq. Andrey Çernışov isə libero mövqeyində oynayaraq, bizi sığortalayırdı. Heç vaxt yadımdan çıxmaz, Yaxın Şərqdən təlim-məşq toplanışından qayıtdığımız zaman Sxadadze ilə təyyarənin salonunda yanaşı oturmuşduq. Kaxa qəzetdə Gürcüstan Respublikasının SSRİ-dən çıxması xəbərini oxudu. Başa düşdü ki, daha yığmada oynaya bilməyəcək və ağladı. Sonradan deyirdim ki, medallardan birini mütləq Sxadadzeyə vermək lazımdır. Kaxaberi, ümumiyyətlə həmin vaxt ən yaxşı mərkəz müdafiəçilərindən sayıram. Son 10-15 ildə belə güclü müdafiəçi görməmişəm”.
Qeyd edək ki, “Dnepr”in heyətində SSRİ çempionluğu və kuboku qazanan Sidelnikov karyerasını 1999-cu ildə “Kəpəz”də bitirib. Zədə üzündən 32 yaşında yaşıl meydanda çıxışını başa vuran Andrey 8 oyun keçirdiyi gəncəlilərin heyətində Azərbaycan çempionluğunu qazanıb və bu, sonuncu mükafatı olub.
Sxadadze isə ötən mövsüm “İnter”in baş məşqçisi kimi Azərbaycan çempionluğunu qazanıb.

0
0