İki qoşa
23.02.2011 - 15:00
Futzal üzrə Azərbaycan millisi sabah növbəti oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, bu, yığmamızın baş məşqçisi Joze Alesio da Silvanın bu postda 22-ci matçı olacaq.
2008-ci ilin dekabrında bu posta təyin olunan braziliyalının rəhbərliyi altında baş tutan qarşılaşmalarda millimiz müsbət balansa malikdir. Belə ki, klublarla deyil, yalnız yığmalarla baş tutan əvvəlki 21 oyundan 2/3-də - 14-də komandamız qalib gəlib.
4 heç-heçəsi və 3 məğlubiyyəti olan komandamız rəqib qapılarından 92 top keçirdiyi halda, 49 dəfə rəqibləri qol sevinci yaşayıb.
Avro-2012-nin Bakıda keçiriləcək seçmə oyunları da Silva üçün yubiley əhəmiyyət də kəsb edə bilər. Buraxılan 50-ci qolun bu 3 matçdan birində qeydə alınacağı qaçılmaz görünürsə, 100-cü dəfə rəqib qapısına yol tapmaq da mümkündür.
Qeyd edək ki, yığmamız seçmə mərhələdə Qazaxıstan, Fransa və İspaniya milliləri ilə görüşəcək.

- "Qalatasaray" Kamavinqaya elçi düşdü: 35 MİLYON AVRO
- Deniz Güllə razılıq əldə olundu - RƏSMİ
- “Real” Kamavinqa üçün qiymət qoydu – 70 milyon avro
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
0
0