“Bavariya” qisasını aldı
24.02.2011 - 01:35
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsində ilk oyunlara yekun vurulub. Apasport.az saytının məlumatına görə, günün son oyunu qeyri-məhsuldarlığı ilə diqqət çəkdi. Təsadüfi deyil ki, 2 oyunda qapılara cəmi 1 qol vuruldu. Onu da görmək üçün azarkeşlər 90 dəqiqə gözləməli oldu. Həmin yeganə qolun müəllifi olan hücumçu Mario Qomes “Bavariya”nın “İnter”dən ötən mövsümün finalındakı məğlubiyyətin qisasını aldı. Bununla da almanlar ¼ finala daha yaxınlaşdığı halda, “İnter” titulunu itirmək üzrədir. İndi “Bavariya”ya mərhələ adlamaq üçün evdəki cavab görüşündə istənilən bərabərlik yetərlidir.
Fransadakı oyunda isə qalib müəyyənləşmədi. “Mançester Yunayetd” “Marsel”lə səfər oyununun favoriti olsa da, qələbə qazana bilmədi. İndi fransızlar çətin səfər oyununda məhsuldar heç-heçə ilə mərhələ keçməyə ümidlidir.
22 fevral
“Kopenhagen” (Danimarka) – “Çelsi” (İngiltərə) - 0:2
Anelka, 18; 54
“Lion” (Fransa) – “Real” (İspaniya) - 1:1
Qomis, 83 - Benzema, 65
23 fevral
“Marsel” (Fransa) – “Mançester Yunayted” (İngiltərə) - 0:0
“İnter” (İtaliya) – “Bavariya” (Almaniya) - 0:1
Qomes, 90
Qeyd edək ki, cavab oyunları martda keçiriləcək.

0
0