Anatoli Banişevski - 65 - FOTOSESSİYA
23.02.2011 - 15:12
Bu gün Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, uzun illər “Neftçi” klubunda çıxış etmiş mərhum Anatoli Banişevskinin anadan olmasının 65-ci ildönümüdür. Apasport.az saytının məlumatına görə, əfsanəvi futbolçunun yubileyi münasibətlə AFFA rəhbərliyi, “Neftçi” klubunun üzvləri, veteran və yeniyetmə futbolçular, futbol ictimaiyyətinin nümayəndələri Banişevskinin məzarını ziyarət ediblər.
Onun abidəsinin önünə əklil və gül dəstələri qoyulub, əfsanə ilə bağlı xatirələr yada salınıb. Tədbiri AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu açıb. Futbol veteranları Mübariz Zeynalov, Yaşar Babayev, İskəndər Cavadov, AFFA-nın baş katibinin müavini Elxan Əsədov çıxış edərək, Banişevskinin Azərbaycan futbolunun inkişafı üçün xidmətlərini vurğulayıb, onu hər zaman xoş xatirələrlə andıqlarını bildiriblər.

- "Qalatasaray" Kamavinqaya elçi düşdü: 35 MİLYON AVRO
- Deniz Güllə razılıq əldə olundu - RƏSMİ
- “Real” Kamavinqa üçün qiymət qoydu – 70 milyon avro
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
0
0