Yığmamızın futbolçusu: MOİK-də mütəxəssis yoxdur
23.02.2011 - 15:39
“İnter”də 2 güclü - indiyədək Azərbaycana gəlmiş legioner qapıçılardan ən səviyyəli hesab etdiyim Georgi Lomaya və Azərbaycan futbolunun əfsanəsi Dmitri Kramarenko var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının futbolçusu Səlahət Ağayev deyib.
Müqavilə ilə Bakının “İnter” klubuna məxsus olan, lakin qış fasiləsinin sonunda MOİK-ə icarəyə verilən gənc qapıçı hələ də köhnə komandası ilə məşq edir.
Ağayev 1 komandada məşq edib, digərində oynaması kimi biabırçılığı “İnter”in rəsmi saytına açıqlamasında adi hal kimi qiymətləndirib: “Buna görə də, oyun praktikasız qalmamağım üçün belə təklif irəli sürüldü və mən də məmnuniyyətlə razılıq verdim. Bir çoxları dedilər ki, MOİK-ə hərbi xidmətə yollanmışam. Ancaq bu, belə deyil. Məsələyə aydınlıq gətirmək üçün demək istəyirəm ki, MOİK-də qapıçılarla işləyən mütəxəssis yoxdur və məhz buna görə “İnter”də məşq edirəm”.

0
0