Türkiyə yığmasının futbolçusu “Barselona”da?
23.02.2011 - 16:34
Türkiyə yığmasının futbolçusu “Barselona”da?
Türkiyə yığmasının futbolçusu Gökhan Könül karyerasını “Barselna”da davam etdirmək şansı qazanıb. Apasport.az saytının məlumatına görə, dünyanın ən güclü klublarından biri “Fənərbaxça”nın 26 yaşlı sağ cinah müdafiəçisinin transferində maraqlıdır.

“Barselona”nın baş məşqçisi Xosep Qvardiola Gökhanı Daniel Alvesin layiqli əvəzləyicisi kimi görür. Braziliyalı sağ cinah müdafiəçisi klubla müqaviləsini hələ uzatmayıb. Könülün istanbullularla anlaşması isə bu ilin mayın 20-də bitdiyindən, sərbəst futbolçu olacaq. Bu da sərfəli variant olduğundan, Kataloniya təmsilçisinin ona marağını daha artırır.

Qeyd edək ki, Gökhan 20 oyun keçirdiyi Türkiyə yığmasının öheyətində tən ilin oktyabrında Bakıda milli komandamıza tarixi məğlubiyyətin (0:1) iştirakçısı olub. “Fənərbaxça” ilə çempion olan müdafiəçi Avropada uğuru yığmada qazandığı qitə çempionatının bürünc medalı və həmin ildə (2008-ci) klubla Çempionlar Liqasının 1/4 finalına çıxmaqdır.