Cavid Hüseynov: Çox şey itirirəm
24.02.2011 - 00:05
“Zədəm yoxdur, hər şey yaxşıdır. Sadəcə, əsas heyətdə kimin meydana çıxacağına baş məşqçi qərar verir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun yarımmüdafiəçisi Cavid Hüseynov deyib.
Fasilədən sonra paytaxt təmsilçisinin keçirdiyi 2 qarşılaşmada cəmi 5 dəqiqə komandasına kömək edən yarımmüdafiəçi bildirib ki, oynamamağının səbəbi baş məşqçinin qərarı ilə bağlıdır. Oynadığı mövqeyə yeni futbolçu alınmadığını da vurğulayan futbolçu meydana az çıxmasına görə narahat olduğunu söyləyib: “Mənim mövqeyimə yeni futbolçu alınmayıb. Sadəcə, Flavinyo zədəsini sağaldıb. Rəşad Abdullayev isə hazırda formadadır. Ancaq oynamamağıma görə, çox narahatam. Oynamaya-oynamaya çox şey itirirəm. Bu situasiya həm vəziyyətimə, həm də yığmadakı mövqeyimə mənfi təsir göstərir. İşimin pis getməsini istəmirəm”.
Həftəsonu MOİK-lə keçiriləcək oyuna gəldikdə, yarımmüdafiəçi qələbə qazanacaqlarını bildirib: “İlk “altılıq” oyunlarına lider kimi başlamaq istəyirik. Ona görə də, ancaq qələbə qazanmalıyıq. Həm də xal ehtiyatını artırmalıyıq”.

0
0