“Neftçi”nin legionerləri əfsanəvi futbolçudan danışdılar
23.02.2011 - 17:45
“Mənə Anatoli Banişevskinin necə dahi oyunçu olması haqqında məlumat veriblər. Həmçinin, onun karyerası ərzində yalnız “Neftçi”nin formasını daşımasını da bilirəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi” klubunun futbolçusu Flavinyo deyib.
Bu gün əfsanəvi futbolçumuz Anatoli Banişevskinin anadan olmasının 65 illik yubileyidir. Mərhumun anım mərasimində “Neftçi”nin legionerləri - onun oynadığı 9 nömrəli formanı geyinən Flavinyo ilə Premyer Liqamızın özbək bombardiri Bahodir Nasimov da olub.
Braziliyalı futbolçu klubunun rəsmi saytına açıqlamasında Banişevski kimi əfsanəvi futbolçunun nömrəsini daşıdığı üçün fəxr etdiyini bildirib: “Onun formasını geymək mənim məsuliyyətimi daha da artırır. Banişevskinin "Marakana"da Braziliya yığmasının qapısına qol vurmasını da bilirəm".
Nasimov bu gün “Neftçi”nin şanlı tarixi ilə qarşı-qarşıda olduğunu söyləyib: “Mənə də Banişevskinin necə dahi hücumçu olması haqqında danışıblar. O, həmçinin SSRİ yığmasının heyətində böyük uğurlar qazanıb. O dövrdə SSRİ yığması çox güclü idi, onların qazandığı nəticələr də buna sübutdur. Banişevskinin "Neftçi" üçün çox böyük xidmətləri olub. O daim "ağ-qara" rənglərə könül verən azarkeşlərin yaddaşında qalacaq”.

0
0