Azərbaycan yığmasının İsrailə mümkün səfərinin vaxtı
23.02.2011 - 17:57
21 yaşlı futbolçulardan ibarət yığma komandalar (U-21) arasında Avropa çempionatının final mərhələsinin vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 2013-cü ildə İsraildə keçiriləcək həlledici mərhələ iyunun 15-dən 29-dək olacaq.
İsrail Futbol Federasiyası final görüşlərinin keçirilmə tarixini artıq dəqiqləşdirib. Bu, UEFA ilə məsləhətləşmədən sonra rəsmən açıqlanıb. Meydan sahibi kimi birbaşa həlledici mərhələyə vəsiqə qazanan İsrail yığmasının öz qrupunda 1-ci komanda kimi səpələnməsi artıq məlumdur.
Qeyd edək ki, Azərbaycan millisi də final mərhələsinə çıxmaq uğrunda mübarizə aparacaq və qrupdakı rəqiblərimiz İngiltərə, Belçika, İslandiya və Norveç yığmalarıdır.

0
0