“Bakı” futbolçusunun yaşını ad günündə saxtalaşdırdı - FOTO
23.02.2011 - 19:00
Bu gün “Bakı” klubunun futbolçusu Rafael Əmirbəyovun ad günüdür. Apasport.az saytının məlumatına görə, təcrübəli müdafiəçi ömrünün daha bir ilini arxada qoydu. Ancaq təəssüflər ki, Rafaelin dəqiq neçə yaşı olduğu məlum deyil.
Məsələ ondadır ki, indiyədək bütün mənbələrdə Əmirbəyovun doğum tarixi 1976-cı il təvəllüdlü kimi göstərilib. Elə Peşəkar Futbol Liqasının rəsmi internet saytında olduğu kimi. Bütün bunlara inansaq, Rafael 35 yaşını qeyd edir.
Lakin Rafaeli “lipa” edib, cavanlaşdırmaq istəyən “Bakı” rəsmiləri klubun saytında onun 34 yaşını qeyd etdiyini yazır. Maraqlıdır, görəsən onun yaşını U-34 naminə, yoxsa transfer edərkən daha sərfəli qiymətə satmaq üçün saxtalaşdırıblar?
Təbii ki, bu “lipa” haqq-hesabı əslində, texniki səhvdir. Lakin ad gününü qeyd edən şəxsin tortundan yeyib, ad gününü yaddan çıxarmaq peşəkarlıq deyil. Özü də bu elə klubda baş verir ki, başı “lipa” qalmaqalından yeni ayılıb.
“Turan”ın əvəzediciləri ilə matçda oynayan Orxan Əsədovla bağlı qalmaqal sonda texniki səhv kimi qələmə verildi. Ardınca isə yenə eyni “lipa” təhlükəsi. Biz hələ Joel Epalle məsələsini demirik.
Bəlkə də tort o qədər şirin olub ki, Rafaelin şərəfinə ötən il yazılmış yazı sayta indi yerləşdirilib. Bəlkə də... Amma 34, yoxsa 35 yaşı olduğunu müdafiəçinin özündən yaxşı heç kim bilməz.

0
0