Vəli Qasımov yığmadakı problemi tapıb
23.02.2011 - 21:16
Vəli Qasımov yığmadakı problemi tapıb
“Məğlub olmağımıza baxmayaraq, komandamın oyunundan razı qaldım. Rəqib yol verdiyimiz səhvlərdən məharətlə istifadə etdi”. Apasport.az saytının xəbərinə görə, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vəli Qasımov deyib.

Millimiz bu gün Antalyada Norveçin “Lillestrom” klubunun əvəzedici komandası ilə qarşılaşmadan məğlub ayrılıb. Oyunla bağlı fikirlərini açıqlayan Qasımov bildirib ki, qitə birinciliyinin seçmə mərhələsinədək çatışmazlıqları aradan qaldırmağa çalışacaqlar: “Baxımlı oyun oldu. Topa nəzarət edən tərəf biz idik. Ümumiyyətlə, bu təlim-məşq toplanışının bizim üçün çox faydalı olduğunu düşünürəm. Komandada çatışmayan cəhətləri müəyyənləşdirə bildik. Avropa çempionatının seçmə mərhələsinə qədər vaxtımız var, bu çatışmazlıqların üzərində çalışacağıq”
0